İlin ən cəlbedici xanım azarkeşi BƏLLİ OLDU - FOTO

OXUNUB: 851 İDMAN

Rusiyada "ilin ən seksual azarkeşi” sorğusu keçirilib.

Sosial media vasitəsilə keçirilən sorğunun qalibi Rusiya futbol liqasının çempionu "Spartak Moskva”nın azarkeşi Nataliya Martinova olub.

O, "Sports.ru” saytına verdiyi açıqlamada birinci seçildiyinə inanmadığını deyib:

"Yarışın şərtləri çox sadə idi. İnstaqramda fotolarımı xüsusi haştağlarla paylaşmalı idim. Sonra təşkilatçılara bir neçə fotomu da yolladım və istirahətə getdim. Yarışmaya qatıldığımı unutmuşdum. Birinci seçildiyimi öyrənəndə inana bilmədim”.

Ən seksual azarkeş oğlan dostları ilə birlikdə "Spartak Moskva”nın Rusiya Premyer Liqasında bütün matçlarına getdiyini söyləyib./publika

İcmal.Az

RƏYLƏR