Çılğın Makqreqor UFC avtobusuna hücum etdi – VİDEO – YENİLƏNİB

OXUNUB: 673 DÜNYA

UFC prezidenti Dena Uayt irlandiyalı qarışıq döyüş növləri idman ustası Konor Makqreqorun döyüşçüləri daşıyan avtobusa hücumu ilə bağlı insidenti şərh edib.

Qurumun rəhbərinin sözlərinə görə, hazırda idmançı Nyu Yorkda axtarışa verilib.

"Polis hal-hazırda Konor Makqreqoru axtarır, onun təyyarəsi uça bilməyəcək, onun Nyu Yorku tərk etməyə ixtiyarı yoxdur. Hesab edirəm ki, onu tuta bilməsələr, özü könüllü təslim olacaq. Bu heç cür adamın ağlına sığmır, buna inanmaq olmur. Həqiqətən öz karyerasına ağır zərbə vuracaq bir addım atdı” deyə Uayt bildirib.

00:18

Qarışıq döyüş növləri üzrə irlandiyalı döyüşçü Konor Makqreqor  Nyu Yorkda Mütləq döyüş çempionatının (UFC) "Barklays” mərkəzində keçirilən tədbirinə gəlib və aləmi bir-birinə qatıb.

Hiddətlənmiş Makqreqor UFC döyüşçülərini daşıyan avtobusa hücum çəkib.

Videonun görüntüsü "YouTube” portalında yayılıb.

Videoda çılğın irlandiyalı idmançının dəmir çəpərdən yapışaraq, onu avtobusa çırpmağa çalışdığını görmək olur. 

Jurnalist Ariyel Helvaninin "Twitter”də paylaşdığı məlumata görə, Makqreqorun hücum etdiyi avtobusda rusiyalı döyüşçü Həbib Nurməhəmmədov olub və insident onun arenadan çıxdığı və avtobusa yollandığı əsnada baş verib.

Makreqorun ipə-sapa yatmayan hərəkətlərindən Amerikalı idmançı Maykl Kyoza xəsarət alıb.  Bundan başqa Makqreqor və  yaxın silahdaşı onun olduğu  avtobusun şüşələrini qırıb.

İrlandiyalı idmançının bu hərəkətinə görə, onun barəsində həbs qətimkan tədbirin seçildiyi bildirilir. Nyu York polisi hələ ki, bu məlumatı təsdiqləməyib. /oxu

İcmal.Az

RƏYLƏR