"1964-cü ildə Miluokidə, anamın evində, otaqda linoleumun üzərində oturub televizora baxırdım. Amerika Kinoakademiyasının təsis etdiyi "Oskar" mərasimində "Ən yaxşı aktyor" nominasiyasında mükafatı Enn Benkroft zərfi açırdı.
O, zərfi açdı və sonradan tarixi ifadəyə çevriləcək kəlmələri söylədi: "Qalib Sidni Puatyedir". Səhnəyə o vaxtadək gördüyü ən zərif insan çıxdı. Onun qalstuku ağ, dərisi qara idi. Və onu təbrik edirdilər".
Məşhur teleaparıcı, 62 yaşlı amerikalı Opra Uinfri ABŞ-ın Los-Anceles şəhərində 75-ci "Golden Globe Awards" mükafatlarının təqdimat mərasimindəki nitinqdə belə deyib.
"The Beverly Hilton" otelindəki mərasimdə ABŞ-ın ən məşhur qadın teleaparıcılarından biri Opra Uinfriyə "Cecil B DeMille" mükafatı verilib.
Opra Uinfri daha sonra söyləyib: "O vaxtadək əsla belə qaradərili insan görməmişdim. Balaca qızdım, hisslərimi anlamağa çalışırdı. Bu dəm anam evə girdi. Başqalarının evlərini yığışdırırdı, bu minvalla pul qazanırdı. Yorğundu.
Ona, sadəcə, Sidninin " Lilies of the Field" filmindəki sözlərini söylədim: "Amin, amin, amin..."

1982-ci ildə Sidni elə burada "Cecil B DeMille" mükafatını aldı. O anı da unutmamışam. Və indi bu mükafatı alan ilk qaradərili qadınam. Böyük şərəfdir, böyük qiymətdir və bu şərəfi mənə baxan bütün qardərililərlə bölüşürəm. Məni illər boyu dəstəkləyən, ruhlandıran, buradək yolumu mümkün edən fövqəladə qadınların və kişilərin hamısına minnətdaram.
Hollivuddakı Əcnəbi Media Assosiasiyasına minnətdaram. Bilirik ki, indi ABŞ-da media mühasirə vəziyyətindədir. Onu da bilirik ki, şərəfli mediada absolyut həqiqətə nail olmaq hərisliyi var. Həmin hərislik bizə korrupsiyaya və ədalətsizliyə normal baxmağa imkan vermir. Müstəbidlərə və qurbanlara, sirlərə və yalanlara səssiz qalmırıq. Demək istəyirəm ki, mediaya əvvəlkindən daha çox dəyər verirəm. Mən dəqiq bilirəm ki, sizin gerçəyiniz hamımızın malik olduğu ən böyük silahdır.
Başlarına gələnləri, başlarına gətirilənləri söyləməyə özlərində cəsarət tapan qadınlarla xüsusilə fəxr edirəm. Burada hər birimiz uğura can atırıq və bu il həqiqəti söyləməyə özlərində güc tapan qadınların qəhrəmanlığı tarix oldu.
Özü də bu tarix yalnız əyləncə bimznesi ilə bağlı deyil. Bu, istənilən mədəniyyət, coğrafiya, irq, din, siyasət və ya biznesdən üstün məsələdir. Ona görə də illər uzunu davam etən təhqirlərə, aşağılanmalara, təcavüz cəhdlərinə dözən qadınlara minnətdarlıq edirəm. Onlar da anam təki uşaq böyüdüblər, övladlarını saxlayıblar və günlərin birində bütün əzabların qisasını almağı arzulayıblar.
Onların əksəriyyəti adlarını bilməyəcəyimiz qadınlardır. Onlar fabriklərdə, restoranlarda, şirkətlərdə, elm sahələrində, dövlət qurumlarında çalışırlar. Onlar siyasət, texnologiyalar və biznes sahəsindədir. Onlar Olimpiadadakı idmançılarımız, ordudakı əsgərlərimizdir.
Tanıdığım daha bir adam var - Resi Teylor. Sanıram ki, o qadını siz də tanımalısınız. 1944-cü ildə Reki Teyor gənc qadın və ana idi. Alabama ştatındakı Abvil şəhərində kilsədən evə qayıdanda onu altı silahlı, ağdərili kişi qaçırdılar, zorladılar və gözləri bağlı vəziyyətdə kilsədən gələn yolun kənarına atdılar.
O kişilər Resini hədələyərək demişdilər ki, bu hadisə barədə kiməsə nəsə deyərsə, öldürüləcək. Amma Resi başına gəənləri NAACP-a danışdı və orada Rouz Parks adlı gənc vəkil araşdırmalara başladı. Onlar ədaləti birlikdə aradılar. Amma ədalət Cim Krou dönəmində mümkün deyildi. Resini zorlayan və onu öldürməyə çalışan kişiləri həbs etmədilər, cəzalandırmadılar. Resi Teylor on gün əvvəl, 98 yaşında vəfat etdi.
O, hamımız təki qüdrətli insanların qəddarlığı ilə parçalanmış mədəniyyətdə, cəmiyyətdə yaşadı. Həddən artıq qadın inanmadı ki, onlar o qüdrətli insanların gücü barədə gerçəyi söyləyə bilərlər. Lakin o insanların vaxtı başa çatıb.
Ümid edirəm, sadəcə, ümid edirəm ki, Resi Teylor onun haqqında, onun təki minlərlə qadın barədə həqiqətlərin aşkarlanacağını düşünərək vəfat edib.
Həmin ümid 1955-ci ildə Montqomeridə ağdərililər üçün avtobusa oturan Rouz-Parksda da vardı.
O ümid indi burada, "Mən də" deyən hər qadında var.
Qadınların dediklərini dinləmək istəyən hər kəsdə...
Karyeram boyu kişilərin və qadınların necə davrandıqlarından bəhs etməyə çalışıram. Utandığımızdan, uğursuzluğa düçar olanda hirslənməyimizdən, inadımızdan və sədləri dəf etməymizdən danışıram.
Həyatın bizi üzləşdirəcəyi ən iyrənc vəziyyətlərlə qarşılaşan insanların dözümündən bəhs edirəm. Hətta ən zülmət gecələrdə belə, aydın səhərə ümiddən danışıram.
Ona görə də bütün qızların indi burada anlamalarını istəyirəm - üfüqdə yeni gün var! Və o gün gələndə bir çox qəhrəman, cəsur qadınların inadı, qətiyyəti və mübarizəsi sayəsində yeni Günəş doğacaq.
Mübarizə aparan, liderə çevrilən fenomenal insanlar bir də heç zaman "Mən də!" deməməlidir".
Hollivuddakı Əcnəbi Media Assosiasiyasının (The Hollywood Foreign Press Association, HFPA) təsis etdiyi mükafat əyləncə sektorundakı uğurlara görə verilir.

HFPA-nın prezidenti Meher Tatnanın dediyinə görə, Opra Uinfri onillərdən bəri qadınlar və qızlar üçün rol modeli olmaqla yanaşı, media-loider, xeyriyyəçi, prodüser və aktrisa, habelə müasir dünyanın ən nüfuzlu qadınlarpından biridir.
Opra Uinfri yaratdığı "OWN: Oprah Winfrey Network" kabel televiziyası şəbəkəsinin sahibəsidir.
Müxtəlif illərdə "Cecil B DeMille" mükafatına Odri Höpbern, Barbra Streyzand, Denzel Vaşinqton, Corc Kluni, Martin Skorseze, Meril Strip, Stiven Spilberq layiq bilinmişdilər.
Sosial şəbəkə istifadəçiləri, milyonlarla insan Opra Uinfrinin mərasimdəki çıxışını "İlin nitqi" adlandırıblar.
Bir çox amerikalı isə nitqi "Gələcək prezidentimizin sözləri" kimi dəyərləndirblər./milli
İcmal.Az



























