Çılğın qaz ABŞ hərbçilərinə hücum etdi – VİDEO

OXUNUB: 810 DÜNYA

Aqressiv qazın amerikalı hərbi xidmətçilərə hücum çəkməsi görüntüsü sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Hadisə Oklahoma ştatının Fort Sil bazasında qeydə alınıb.

Müşahidə kamerasına düşən görüntüdə qazın yaxınlıqdan keçən hərbçilərdən birinin üzərinə cumduğunu görmək olur. Hərbçi diksinərək təşviş içində qazdan qaçmağa çalışır.  

Sosial şəbəkədə bir çoxları hadisəni "möhkəm amerikalı əsgərlər qazdan qorxdu” deyə şərh edib./oxu

İcmal.Az

RƏYLƏR