İlk dəfə Nizami Kino Mərkəzində kütləvi könüllü qanvermə aksiyası təşkil olunacaq

OXUNUB: 4 Özəl SOSİAL
"EMEDIA GROUP” Media Təşkilatının və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı, Respublika Qan Bankının dəstəyi ilə keçiriləcək növbəti aksiyada hər kəs xeyirxahlığa qoşula bilər.
Bu nəcib təşəbbüsün əsas məqsədi – cəmiyyətimizdə insanlıq, həmrəylik və həyat xilas etmə mədəniyyətini gücləndirmək, xüsusən də gənclər arasında könüllülük və sosial məsuliyyət hissini artırmaq, qan donorluğu ənənəsini təşviq etmək və ehtiyacı olan xəstələrə ümid bəxş etməkdir.
"Güclü Ümid, Sağlam Gələcək” aksiyası qana ehtiyacı olan insanlar üçün yaşamaq ümidi, donorlar üçün isə mənəvi qürur mənbəyidir.
Bu humanist təşəbbüs bir daha göstərir ki, birlikdə atılan hər addım – xilas olunan bir həyatın sevincinə çevrilir.
Tarix: 1 noyabr
Saat: 13:00 – 17:00
Məkan: Nizami Kino Mərkəzi
Deviz: "Həmrəy olaq, Qanımızla yaşadaq”
Hər birinizi bu xeyirxah aksiyada fəal iştirak etməyə dəvət edirik!
 

RƏYLƏR