"İmarət"i bu şirkət inşa edəcək - Nazirlikdən 60 milyon manatlıq müqavilə

OXUNUB: 137 İQTİSADİYYAT
Gənclər və İdman Nazirliyinin "İmarət” stadionun tikinti işlərinin birinci mərhələsinin satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi açıqlanıb.

Nazirliyinin elan etdiyi tenderin qalibi "PMD Project” MMC olub.

T:ərəflər arasında 60.506.659,56 AZN-lik sözləşmə imzalanıb.

Qeyd edək ki, "PMD Project” şirkətinin direktoru Nəriman Topçibaşevdir. O, 2021-ci ildən "PMD Projects" MMC-nin direktoru olaraq çalışır.

Şirkət "Zəfər Parkı”, Şuşa Məscidi, Ağdamda "İmarət” kompleksi və digər layihələri icra edib.
 
 
 

RƏYLƏR