7NEWS.az xəbər verir ki, Çinin Tszyansu əyalətində yerləşən Çançjou şəhərində iş yerində partlayış baş verib. Partlayış nəticəsində çoxlu sayda ev və iş yerinə ziyan dəyib, dağıntılar altında qalan 3 nəfər xilas edilib. Ölən və yaralananların sayı ilə bağlı açıqlama verilməsə də, bölgəyə çox sayda yanğınsöndürən və təcili yardım göndərilib.
7NEWS.az