Çində “Xato” qasırğası 12 nəfərin həyatına son qoydu

OXUNUB: 661 DÜNYA

Çinin cənubunda "Xato” qasırğası 12 nəfərin həyatına son qoyub.

İcmal.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, təbii fəlakət həmçinin Çinin xüsusi inzibati rayonu Makao, Honkonq, eləcə də Quandun və Futszyan əyalətlərini əhatə edib.

Qasırğa ilə əlaqədar 27 min nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib, 664 hektar kənd təsərrüfatı sahələrinə ziyan dəyib.

Avqustun 19-da Çinin Quansi Cuan Muxtar rayonunda davam edən leysan yağışları 10 nəfərin səbəb olub. 192  min nəfərin əmlakına ziyan dəyib, bir sıra yaşayış məntəqələrində avtomobil yolları dağılıb, elektrik enerjisi kəsilib, rabitə əlaqəsi pozulub.

 

İcmal.Az

RƏYLƏR