İndoneziyada güclü zəlzələ: Sunami təhlükəsi var

OXUNUB: 502 DÜNYA

Dekabrın 16-na keçən gecə İndoneziyanın Yava adasının cənub sahilində, Çiamis dairəsində baş verən zəlzələ zamanı ən azı bir nəfər ölüb.

 Yeraltı təkanlar nəticəsində daha beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Hökumət sunami təhlükəsi barədə əhaliyə xəbərdarlıq edib. Mərkəzi Yava vilayətinin Çilaçap şəhərinin sakinləri təxliyyə olunub. Hazırda zəlzələ nəticəsində yaşayış məntəqələrinə dəyən ziyan hesablanır./oxu

İcmal.Az

RƏYLƏR