İngiltərənin Derbi şəhərində qəribə hadisə baş verib.
Rassel Devison 6 gün xərçəng xəstəliyindən vəfat edən arvadının yanında uzanıb yatıb. Rassel bunun əla bir hiss olduğunu və hamı tərəfindən sınaqdan keçirilməsini söyləyib.
50 yaşlı Vendi Devison xərçəng xəstəliyindən dünyasını dəyişib. Arvadının meyitini xəstəxanaya vermək isəməyən Rassel 6 gün onun yanına uzanıb yatıb. Devison bu davranışı ilə ölümə aid fikirləri dəyişmək istədiyini bildirib. Rassel deyib: "Həyat yoldaşımın meyitini morqa təslim etmək istəmədim. Onu torpağa tapşırana qədər baxa biləcəyimi düşündüm. Yataq otağında çarpayıya uzatdım və yanında yatdım"./olke.az
İcmal.Az