İnklüziv gələcək naminə birləşək!

OXUNUB: 0 Özəl SOSİAL
20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşında qəhrəmanlıq, mübarizə və milli iradənin rəmzi kimi əbədi yaşayır. Bu müqəddəs tarixə dərin ehtiramın ifadəsi olaraq, eyni zamanda inklüziv cəmiyyətin qurulmasına diqqət çəkmək məqsədilə "İnklüzivliyin Sirri 6” adlı konfrans keçiriləcək.
Konfransın əsas məqsədi inklüzivlik anlayışının cəmiyyətin bütün sahələrində təşviqi, bərabər imkanların yaradılması, sosial həssas qrupların səsinin eşidilməsi və bu istiqamətdə dövlət–ictimai əməkdaşlığın gücləndirilməsidir. Tədbir eyni zamanda 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunur və onların azadlıq uğrunda göstərdiyi fədakarlığın gələcək nəsillərə aşılanmasını hədəfləyir.

Tarix: 17 yanvar
 Saat: 12:00
 Məkan: Yeni Klinika

Konfrans Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatı, Yeni Klinika, "Ümidlə Gəl” xeyriyyə layihəsi, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi və "Hera” Ailə Naminə İB-nin rəsmi tərəfdaşlığı, Bayraqdar İctimai Birliyi və Inclusive Organization Company-nin təşkilatçılığı ilə keçirilir.
Tədbir çərçivəsində inklüziv cəmiyyətin formalaşdırılması, sosial məsuliyyət, humanizm dəyərləri, vətəndaş həmrəyliyi və milli yaddaş mövzularında çıxışlar, müzakirələr və çağırış xarakterli mesajlar səsləndiriləcək.
Sənin iştirakın – bir mövqedir, bir mesajdır!
Gəl, səssiz qalan səslər üçün danış, fərqliliklərə dəyər ver və inklüziv gələcəyin qurulmasına birlikdə töhfə verək.
İştirakınızı əvvəlcədən qeyd etməyiniz xahiş olunur.
 Əlaqə: 055 222 76 26
Dərin hörmətlə,
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi

RƏYLƏR