"İnternat məzunu olan gənclər arasında aktiv həyat tərzinin təbliği!"Azərbaycan Gənclər Fondunun XI qrant müsabiqəsinin qalibi "İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin "İnternat məzunu olan gənclər arasında aktiv həyat tərzinin təbliği!”layihəsi sona çatıb.
Xatırladaq ki,layihənin əsas məqsədi internat mezunu olan gənclərin cəmiyyətə inteqrasiyası,faydalı məşğulluğu,dövlətin və cəmiyyətin inkişafında onların təşəbbüskarlığını və iştirakını artırmaqdır. Asudə vaxtlarının səmərəli təşkili və müxtəlif internat məktəblərindən olan gənclərin öz aralarında şəbəkələşmələri üçün layihə çərçivəsində müxtəlif müəssisələrdən məzun olan gənclər arasında "İMSİ” 2019 kuboku üzrə futbol yarışı keçirildi. "Quba internat məzunları” "Lənkaran uşaq evi məzunları” "Maştaga 1 saylı internat məzunları” " 1saylı uşaq evi məzunları” "3 saylı uşaq evi məzunları” "Masazır məzun evi " komandaları arasında keçirilən oyunlara 6+1 olmaqla 42 gənc cəlb olundu.Yarış boyu fərqlənən oyunçular sertifikat və medallarla təltif olundular.1-ci və 2-ci yerləri tutan komandalara kuboklar təqdim olundu.Yarışda fərqlənən gənc idmançılardan ibarət "İMSİ” yığma komandası yaradıldı.Hazırda komandamız digər təşkilatların həvəskar komandaları arasında keçiriləcək yoldaşlıq oyunlarına hazırlaşır.
Növbəti mərhələdə layihə iştirakçıları üçün iki günlük səfər təşkil olundu.Səfər əsasən maarifləndirici xarakter daşıyırdı.Səfərimizin ilk günü Şəki şəhərində keçdi.Layihə iştirakçıları Şəkinin qədim tarixi mədəniyyəti,təbiəti və mətbəxi ilə yaxından tanış oldular.Xan Sarayına səfər etdilər.Növbəti gün Balakən rayonunda olduq.İki gün ərzində gənclər təlim və seminarlarda iştirak etməklə yanaşı gənclərdən ibarət yerli futbol komandası ilə yoldaşlıq oyunları keçirdilər.
Vətənimizdə böyük sevinclə qeyd olunan 10.000.000.-cu azərbaycanlıya həsr olunmuş tədbirə dəvət aldıq və Balakən rayonunun qonaqpərvər gəncləri ilə birlikdə ərazinin gəzməli,görməli yerlərinə gəzintiyə çıxdıq.
Layihə iştirakçıları 2 günlük səfər zamanı yurdumuzun təkrarolunmaz gözəllikləri ilə yaxından tanış oldular və daim axtarışda olan,yeniliyi sevən,ideyalarla zəngin dostlar qazandılar.
Ana səhifə
/
QHT / “İnternat məzunu olan gənclər arasında aktiv həyat tərzinin təbliği!” layihəsi sona çatıb
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Qanunsuz şans oyunlarında növbəti dələduzluq — FOTOFAKT
10.05.2024, 14:12 / QHT, HADİSƏ -
Regionlarda qadınların məşğulluq imkanları yüksəldiləcək
03.05.2024, 12:52 / Özəl, QHT, SOSİAL -
Naxçıvan Dövlət Universitetinin tələbələri üçün QHT fəaliyyətinin əsaslarına dair mühazirə oxunub
01.05.2024, 17:41 / Özəl, QHT, SOSİAL -
QHT layihənin icrasını tamamladı
24.04.2024, 13:32 / Özəl, QHT -
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
23.04.2024, 17:37 / Özəl, QHT, SOSİAL -
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
18.03.2024, 13:13 / GÜNDƏM, Özəl, QHT, SOSİAL -
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
18.03.2024, 10:46 / GÜNDƏM, Özəl, QHT