İnternetdə tanış olduğu qadınla görüşmək istədi, qadının əri tərəfindən belə döyüldü - VİDEO

OXUNUB: 1214 DÜNYA
Lyu Min internetdə, sosial şəbəkələrdən birində tanış olduğu Fen Duan adlı qadına aşiq olmuşdu. Qadın da onu sevdiyini yazırdı.

Lyu Min qadınla görüş barədə razılaşıb və həmin qadının yaşadığı şəhərə yollanıb.

43 yaşlı Lyu Çinin mərkəzindəki Uhan vilayətindən ölkənin cənub-qərbindəki Fuyuan əyalətinə yollanıb.

1142 km məsafə qət etmiş Lyunu sevgilisi Fen yox, həmin qadının əri "qarşılayıb".

Fen Duanın əri Çji Duan arvadının məşuqunu tutub və vağzalın önündəki meydanda ağaca bağlayıb.

Sonra isə Çji və onun üç dostu Feni kəmərlə, şallaqla döyməyə başlayıblar. Baş verənlər smartfonla çəkilib, video isə sosial şəbəkələrdə paylaşılıb.

3 uşaq anası Fen Duan videoda görünmür. İki oğlu və bir qızı olan Lyu Min döyüləndən sonra buraxılıb./milli


İcmal.Az

RƏYLƏR