InvestAZ şirkəti cəbhəyanı bölgələrə yardım göndərdi - Fotolar

OXUNUB: 422 İQTİSADİYYAT
Bildiyiniz kimi 27 Sentyabr tarixindən etibarən müzəffər ordumuz Azərbaycanın işğal olunmuş torpaqlarını düşmənlərdən azad etmək uğrunda həlledici uğurlar qazanıb. Bununla yanaşı bir sıra cəbhəyanı bölgələr mənfur düşmənlər tərəfindən dağıdıcı zərbələrə məruz qalmış, nəticədə bir çox vətəndaşımızın evlərinə ciddi ziyan dəyib.

Daim sosial aktivlik göstərən və orduya öz dəstəyini əsirgəməyən InvestAZ şirkəti bu dəfə də yardım kampaniyasında iştirak edib. Belə ki, şirkət, cəbhəyanı bölgələrdə dağıntılar nəticəsində müvəqqəti məcburi köçkün olmuş vətəndaşlarımıza, həmçinin əsgərlərimizə hümanitar yardım-bu dönəmlərdə zəruri ehtiyac olan sanitar təmizliyin təminatı üçün xüsusi qovşaqlar və isitmə avadanlıqları göndərmişdir. Bu kimi yardımların bundan sonra da göstəriləcəyi planlanmaqdadır.


Şirkət, çoxdan gözlənilən bu qələbə münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, Ali Baş Komandanımıza və müzəffər ordumuza təşəkkürünü bildirir.

QARABAĞ AZƏRBAYCANDIR!
 


 




RƏYLƏR