ABŞ-da internet vasitəsilə "iPhone 6" smartfonu satın alan qadın xoşagəlməz sürprizlə üzləşib.
İcmal.Az lent.az-a istinadən bildirir ki, smartfon gözləyən qadın evinə gətirilən qutunu açdıqda şoka düşüb. Qutudan "iPhone" deyil... kartof çıxıb. Telefon olmasa da, qutuda şarj aləti (adaptor) var imiş.
Miluokidə yaşayan qadın "Qara cümə" endirimlərindən faydalanmaq istəyirmiş və "iPhone 6" üçün 100 dollar ödəyibmiş.
İcmal.Az



























