İran İsraili təhdid etdi

OXUNUB: 646 DÜNYA

Bu hücum cavabsız qalmayacaq.

İcmal.Az xəbər verir ki, bunu İranın dini lideri Əli Xamneyinin baş məsləhətçisi Əli Əkbər Vilayəti İsrailin Suriyada yerləşən T-4 hərbi hava bazasına hücumla bağlı danışarkən deyib.

Xatırladaq ki, İsrailin hərbi təyyarələri Humusda rejimə aid T-4 hava bazasına hücum təşkil etmişdi. İran mətbuatı hücumda üç iranlı polisin öldüyünü açıqlamışdı.

İran XİN sözçüsü Bəhram Qasımi nazirliyin saytında yayımlanan açıqlamasında ölkəsinin İsrailin Suriyaya hücumunu qınadığını bəyan etmişdi.

T-4 hava bazası rejimin xüsusən son dövrlər Şərqi Qutadakı kimyəvi silahlı hücumları həyata keçirən təyyarələrin qalxdığı hərbi baza olaraq tanınır. Bazada İran hərbi qüvvələri də var.

İcmal.Az

RƏYLƏR