İran Xamneyinin qardaşı oğlunu həbs edib

OXUNUB: 332 Özəl
7NEWS.az xəbər verir ki, Noyabrın 23-də ölkədə rejim əleyhinə nümayişlərə dəstək verdiyi üçün həbs edilən İranın ali dini lideri Ayətullah Əli Xamneyinin qardaşı oğlu Feride Muradhaninin vəkili Məhəmməd Hüseyn Akasi sosial media hesabından açıqlama verib. Muradhaninin xüsusi din xadimləri məhkəməsi tərəfindən mühakimə olunduğunu və 15 il həbs cəzasına məhkum edildiyini açıqlayan Akasi cəzaya etiraz etdiklərini bildirib. Akasi elan edib ki, qərardan verilən apellyasiya şikayətindən sonra apellyasiya məhkəməsi tərəfindən 15 il həbs cəzası 3 ilə endirilib. Ayətullah Əli Xameneinin qardaşı oğlu noyabrın 23-də ölkədə keçirilən rejim əleyhinə nümayişləri dəstəklədiyi səbəbilə ifadə verməyə çağırılıb və prokurorluğun göstərişi ilə həbs edilib. Həbs edildikdən sonra sosial media hesabında yayımladığı videoda İran rəhbərliyi və Xamneyini ağır tənqid edən Muradhani iranlıları azadlıq mübarizəsində tək qoymayacağını və nümayişləri dəstəklədiyini açıqlayıb.

7NEWS.az

RƏYLƏR