İranda çarşabını çıxaran qadın cəzalandırıldı

OXUNUB: 819 DÜNYA

İranda məcburu baş örtüyünün tətbiqinə qarşı çıxan bir qadına 24 ay həbs cəzası verilib.

Bu barədə qərar dünən çıxarılıb.

Qərara görə, kimliyi açıqlanmayan qadın cəzasının ilk üç ayını çəkdikdən sonra apellyasiya şikayəti verərək azadlığa çıxa bilər.

Ancaq "Mizan Online”nın yaydığı məlumatda deyilir ki, Tehran baş prokuroru Abbas Cəfəri Dölətabadi qadının "əxlaqi deqradasiyanı təşviq etdiyinə görə” əfv haqqının olmadığı qənaətindədir.

Onun fikrincə, qadın iki illik cəzasını çəkməlidir./oxu

İcmal.Az

RƏYLƏR