İranda güclü zəlzələ oldu

OXUNUB: 526 DÜNYA

İranın cənub-şərq hissəsində 6,3 bal gücündə zəlzələ olub.

İcmal.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar Bakı vaxtı ilə 06.32-də Kerman şəhərindən 65 km şimal-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 13 km dərinlikdə olub.  

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Xatırladaq ki, noyabrın ortalarında İranın İraqla həmsərhəd Kermanşah əyalətində 7,2 bal gücündə zəlzələ olub. Nəticədə 505 nəfər ölüb, 12 mindən çox insan xəsarət alıb.

İcmal.Az

RƏYLƏR