İrem Derici Bakıya gəlir - 21 MARTDA "BAKU CRYSTALL HALL"da SOLO KONSERT OLACAQ

OXUNUB: 1223 ŞOU-BİZNES

7NEWS.az xəbər verir ki, Türkiyənin pop ulduzu, tanınmış sənətçisi İrem Derici Bakıda solo konsertlə çıxış edəcək. Konsertin mətbuat əlaqələndiricisi Fuad Rəsulun saytımıza verdiyi açıqlamada konsertin 21 mart saat 20:00-da tarixində gerçəkləşəcəyini dedi: "Möhtəşəm konsert 21 mart tarixində saat 20:00-da paytaxtın ən möhtəşəm memartlıq incilərindən olan "BAKU CRYSTALL HALL"da reallaşacaq. Solo konsertin olduqca maraqlı sujet xətti var."

Məlumat üçün qeyd edək ki, Solo Konsertin təşkilatçısı Asif Hüseynovdur. İrem Derici ilə səhnəni "Xalq ulduzu" Anar Nəbiyev bölüşəcək. Konsertdə iştirak etmək istəyənlər biletləri şəhərin kassalarından və iticket.az saytından əldə edə bilərlər.

7NEWS.az

 


 

RƏYLƏR