İş adamı Çinarə Ağayeva: “Fəttah Heydərov hər zaman sahibkar xanımlara dəstək olub”

OXUNUB: 1134 İQTİSADİYYAT

Xəbər verdiyimiz kimi Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov 04 avqust tarixində dünyasını dəyişdi.

Dəyərli ziyalının vəfatından sonra bir çox tanınmış simalar onun haqqında xoş fikirlərini paylaşıblar. AZ-MEP Group LLC-nin təsisçisi, tanınmış iş adamı Çinarə Ağayeva Fəttah Heydərovun ölkəmiz üçün mühüm işlər gördüyünü deyib: "Fəttah Heydərovla bir çox tədbirlərdə qarşılaşmışdım. Olduqca kübar, ziyalı, sözün əsl mənasında ağsaqqal idi. Ölkəmizin ictimai-siyasi həyatında Fəttah Heydərovun rolu və əməyi danılmazdır. Onun vəfat etməsi məni dərindən kədərləndirdi. Ailəsinə, yaxınlarına, bütün onu sevənlərə dərin hüznlə başsağlığı verirəm. Biz çox böyük, dəyərli ziyalımızı itirdik. O, hər zaman sahibkar xanımlara dəstək olub, dəyərli məsləhətlər verib. Kim onun yanına hansısa problemlə bağlı gedirdisə, mütləq müsbət nəticə əldə olunurdu. Bu mənada çox təəssüflənir, Allahdan rəhmət diləyirəm.”

Xatırladaq ki, Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri olub. 1990-1995-ci illərdə Naxçıvan MR Ali Sovetinin,1995-ci ildən isə bütün çağırışlarda Azərbaycan Milli Məclisinin deputatı olub.


 

RƏYLƏR