Çində fəaliyyət göstərən "Nanchang Jinhuayuan Meiye” kosmetika firmasının işçiləri bir-birilərini şillələyib.
Firmanın idarə heyəti "Yeni il” münasibətilə təşkil etdikləri şənlikdə 2017-ci ildə qarşıya qoyulmuş hədəfə çata bilməyən işçiləri səhnəyə çıxararaq bir-birilərini şillələməsini tələb edib. Əks halda işdən qovulacaqları ilə təhdid edib.
İşini itirmək istəməyən gənc qadınlar isə yüzlərlə həmkarının gözləri qarşısında diz çökərək idarəçi "dayan” deyənə qədər bir-birinə şillə çəkib.
Məsələ ilə bağlı firmadan verilən açıqlamada isə bu növ prosedurların komanda ruhunu gücləndirdiyi bildirilib./publika
İcmal.Az

























