Bakıda İslamiada oyunları davam edir. Millimiz 82 medalla ikinci pillədəki yerini qoruyub. Onlardan 41 medal qızıldır. Birinci yeri 43 qızıl medalla Türkiyə, üçüncü pilləni 10 qızıl medalla İran tutur.
Bəs İslam Həmrəyliyi Oyunlarında hansı ölkələr hələ də bir medal belə qazanmayıb?
İcmal.Az-ın məlumatına görə, BakiPost oxucular üçün maraqlı olacaq siyahını tərtib edib. Hazırda 26 ölkə aktivinə bir bürünc medal da yazdırmayıb:
1. Əfqanıstan
	2. Albaniya
	3. Benin
	4. Bruney Darüssəlam
	5. Burkina-Faso
	6. Çad
	7. Qəmər adaları
	8. Qabon
	9. Qvineya-Bisau
	10. Qvineya
	11. Qayana
	12. Malayziya
	13. Maldiv adaları
	14. Mali
	15. Mozambik
	16. Mavritaniya
	17. Nigeriya
	18. Niger
	19. Fələstin
	20. Syerra-Leone
	21. Somali
	22. Surinam
	23. Tacikistan
	24. Toqo
	25. Uqanda
	26. Yəmən
 
			 
				

























 
				 
				