Binəqədi rayonunun M.Cəlal küçəsindəki evlərdən birində oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 27-də rayonun M.Cəlal küçəsindəki evlərdən birindən 2000 manat və 200 dollar pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İlhamə Əliyeva tutulub.
İcmal.Az