İsmayıllı sakini yeni mühərrik ixtira etdi – VİDEO

OXUNUB: 550 SOSİAL

İsmayıllı rayonun Diyallı kənd sakini Natiq Ömərov yeni mühərrik ixtira edib.

İcmal.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, mühərrik suyun təzyiqi vasitəsi ilə daha çox güc əldə edir. Usta deyir ki, qurğunun düzəldilməsi üçün istifadə olunan detalları istifadəsiz materiallardan hazırlayır. Ona görə də mühərrikin ərsəyə gəlməsinə çox vaxt sərf olunur.

Natiq Ömərov mühərrikin kiçik olmasına baxmayaraq böyük gücə malik olduğunu deyir. Mühərrik təkmilləşərsə yüksək güc əldə etməklə hətta təyyarəni belə havaya qaldıra bilər.

Usta düzəltdiyi mühərriki standarta uyğun formaya salmaq istəyir. Qurğunun sənaye üsulu ilə hazırlanması üçün aidiyyatı müəssisələrə müraciət etmək niyyətindədir.

N.Ömərovun sözlərinə görə, mühərrikin əsas üstünlüyü qənaət rejimində çalışmasıdır. Mühərrik üçün lazım olan detallar tez bir zamanda tapılarsa onun hazırlanması 15 günə də başa çatdırıla bilər. Bu mühərrik vasitəsilə hətta Elektrik Stansiyasının yaradılması da mümkündür.

İcmal.Az

RƏYLƏR