İsrailin baş naziri Ermənistanın XİN başçısı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

OXUNUB: 735 SİYASƏT

İsrailin Baş naziri Binyamin Netanyahu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edib.

 Edvard Nalbandyan ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin tənzimlənməsi istiqamətində səylərindən danışıb.

Qeyd edək ki, İsrailin baş naziri və xarici işlər naziri Binyamin Netanyahunun dəvəti ilə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan noyabrın 6-7-də İsrailə səfər edib. O, bu dövlətin müxtəlif səviyyəli rəsmiləri ilə görüşlər keçirib./report

 

İcmal.Az

RƏYLƏR