İsrailin Qəzzanı bombalaması nəticəsində ölənlərin sayı 14-ə çatıb, 1200 yaralı var - YENİLƏNİB

OXUNUB: 737 DÜNYA

Qəzza Zolağı boyunca İsrail hərbçiləri ilə toqquşmalar zamanı ölən fələstinlilərin sayı azı 14 nəfərə çatıb, 1200 nəfər yaralanıb.

Bunu Fələstin muxtariyyətinin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidra deyib.


17:20

İsrail hərbçilərinin HƏMAS-ın nəzarəti altında olan Fələstinin Qəzza zolağına aviazərbələr endirməsi nəticəsində 7 fələstinli ölüb, 500 nəfər isə yaralanıb.

Məlumatı Qəzza zolağının Səhiyyə İdarəsi yayıb.

Bildirilib ki, Qəzza zolağı boyu sərhəddə fələstinli nümayişçilər təkərləri yandıraraq onu sərhəddəki İsrail hərbçilərinə doğru tullayıblar. /report

 

 

İcmal.Az

RƏYLƏR