İstanbulda onlarla İŞİD terrorçusu saxlanılıb

OXUNUB: 556 DÜNYA

İstanbulda keçirilən antiterror əməliyyatı zamanı İŞİD terror təşkilatının 29 üzvü həbs edilib.

İcmal.Az-ın xəbərinə görə, bu barədə İstanbul polisinin bu gün yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, saxlanılan şəxslərin hamısı xarici vətəndaşlardır, lakin onların hansı ölkələrdən olduqları açıqlanmır.

"Saxlanılan şəxslər İraq, Suriya və Yəməndə silahlı toqquşmalarda iştirak ediblər”, - məlumatda deyilir.

Bildirilir ki, İstanbulda İŞİD yaraqlılarına qarşı xüsusi əməliyyat davam etdirilir.

İcmal.Az

RƏYLƏR