İstixana üçün nəzərdə tutulmuş yeni pomidor hibridlərinin sınaq əkininə başlanıb

OXUNUB: 233 Özəl İQTİSADİYYAT
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun seleksiyaçı alimləri tərəfindən istixana şəraitində ərsəyə gətirilmiş yeni perspektiv pomidor hibridlərinin nümayiş əkinləri aparılıb. Yeni perspektiv pomidor hibridləri Şəmkir rayonunun Əliyaqublu kəndində fermerlərin istixana təsərrüfatlarında sınaq məqsədilə əkilib.  Aqrotexniki tədbirlər kompleksi fonunda hibrid bitkilərin suvarılması, gübrələnməsi, xəstəlik və zərərvericilərə qarşı profilaktik mübarizə işləri və digər becərmə əməliyyatları qəbul edilmiş normalara uyğun olaraq aparılıb. 
Nümayiş əkini prosesində yeni pomidor hibridlərinin təsərrüfat xüsusiyyətləri haqqında məlumat verilib. Bildirilib ki, müxtəlif təyinatlı altı yeni pomidor hibridi qənaətbəxş nəticələr göstərir. Hibridlər yüksək məhsuldarlığına, dad və əmtəəlik keyfiyyətinə, o cümlədən tez yetişkənliyinə görə seçilirlər. Yeni perspektiv pomidor hibridləri fermerlər tərəfindən müsbət qiymətləndirilib. 
Yeni pomidor hibridlərinin nümayiş əkinləri tam başa çatdıqdan sonra Dövlət Reyestrində qeydiyyata alınması üçün Aqrar Xidmətlər Agentliyinə təqdim olunması planlaşdırılır.
 
 




 
 

RƏYLƏR