İsveçdə Azərbaycan-Türkiyə həmrəyliyi – VİDEO

OXUNUB: 624 DÜNYA

İsveçin paytaxtı Stokholm şəhərində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı yürüş keçirilib.

İcmal.Az-ın xəbərinə görə, yürüşdə əlliyə yaxın insan iştirak edib.

Yürüşdə Azərbaycan və Türkiyə diasporunun nümayəndələri və media işçiləri iştirak ediblər.

Yürüş zamanı "şəhidlər ölməz vətən bölünməz”, "Qarabağ bizimdir bizim olacaq”, "erməni işğalına son” kimi şüarlar səsləndirilib.

Sonda İsveç ictimaiyyətinə Xocalı soyqırımı ilə bağlı müraciət oxunub.

İcmal.Az

RƏYLƏR