İti anakondadan belə xilas etdilər - VİDEO

OXUNUB: 568 MARAQLI

Braziliyada itin anakondadan xilas edilməsi lentə alınıb. Anakonda itə sarılaraq şikarını udmaq üçün çaya doğru aparmağa çalışıb.

Kadrlarda, iki kişinin sürünəni sahilə doğru dartıb çıxardığını görmək olur. Buna baxmayaraq, iri ilan iti buraxmaq istəmir.

İti tamamilə ilandan ayırmaq üçün, kişilərdən biri taxta dəyənəklə ona sərt zərbələr endirir. Sonda xilas olan itin ciddi xəsarət almadığı görünür, belə ki, o, dərhal ayağa qalxaraq ərazidən qaçır./oxu

İcmal.Az

RƏYLƏR