Jet şirkətinin skuterləri Qara Qarayev prospektində təhlükə mənbəyinə çevrilib

OXUNUB: 40 Özəl İQTİSADİYYAT
Bakı şəhərində elektrikli skuter icarəsi ilə məşğul olan Jet şirkətinin fəaliyyəti yenidən narazılıq doğurub.

Aran Media xəbər verir ki, Qara Qarayev prospektində şirkətə məxsus elektrikli skuterlər nəzarətsiz şəkildə prospektin ortasına atılıb. Bu isə nəqliyyatın intensiv hərəkət etdiyi ərazidə ciddi təhlükə yaradır.

Prospektdə işıqlandırmanın zəif olması fonunda skuterlərin yolun ortasında qalması hər an qəza və xəsarət hallarına səbəb ola bilər. Ərazidən keçən sürücülər və sakinlər vəziyyətdən narazılıq edərək bildirirlər ki, bu məsuliyyətsizlik artıq adi hala çevrilib.

Şirkətin nümayəndələri və ya aidiyyəti qurumlar hələlik məsələ ilə bağlı hər hansı açıqlama verməyiblər.

İctimaiyyət isə haqlı olaraq sual verir: şəhərin mərkəzində bu qədər nəzarətsizliyi kim görmür və kim buna göz yumur?
 
 
 https://vt.tiktok.com/ZSUttXJ8R/

RƏYLƏR