Kabildə səfirliklərin yerləşdiyi ərazidə terror: 11 nəfər ölüb

OXUNUB: 603 DÜNYA

Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış baş verib.

 Partlayış nəticəsində azı 11 nəfər ölüb, 75 nəfər yaralanıb.

Hadisə Əfqanıstan Daxili İşlər Nazirliyinin keçmiş binasının yaxınlığında, diplomatik nümayəndəliklərin və dövlət idarələrinin yerləşdiyi ərazidə törədilib.

İçərisində terrorçunun olduğu minalanmış avtomobil partlayıb, nəticədə ətrafdakı binalara ziyan dəyib, şüşələr qırılıb. 

Ölü və yaralı sayının artacağı istisna edilmir. /oxu

İcmal.Az

RƏYLƏR