Kamaləddin Qafarov Baş Həkimlərin Həbsindən Niyə Narahat Olub? – İzlər Onu Ələ Verə Bilər

OXUNUB: 708 HADİSƏ

Milli Onkologiya Mərkəzinin direktor müavini, deputat Kamaləddin Qafarov üçün çətin dönəm başlayıb.
XəbərAl.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, sabiq səhiyyə naziri Oqtay Şirəliyevin tutduğu vəzifədən azad edilməsi, eləcə də səhiyyə sektorundakı səs-küylü həbslər Kamaləddin Qafarovu ciddi şəkildə narahat edib. Onun bu narahatlığının isə özəl səbəbləri var.

Belə ki, K.Qafarov keçmiş səhiyyə naziri Oqtay Şirəliyevin kadrı sayılır və məhz bu yaxınlıq ona dərman bazarında nəhəng biznes şəbəkəsi qurmağa imkan tanımışdı. Müxtəlif zamanlarda ölkə mediasında K.Qafarova bağlı olan şirkətlərin siyahısı dərc edilib. Odur ki, təkrarlığa yol vermədən yalnız onu qeyd etmək istərdik ki, bu şəxs ölkənin başlıca dərman monopolistlərindən biri sayılır. Sahibi olduğu şirkətlər vasitəsilə dərman təminatı sektorunda əsas söz sahiblərindən birinə çevrilmiş K.Qafarov yeni dönəmdə biznesinin çətin günlər yaşayacağını bilir

Oqtay Şirəliyevin uzun illik nazirlik dövründə böyük tenderlərin şəriksiz qalibi olmuş K.Qafarov başa düşür ki, artıq heç nə əvvəlki kimi olmayacaq. Hətta nəinki əvvəlki kimi olmayacaq, əksinə məşhər ayağına çəkiləcəyi də istisna deyil.
Bu baxımdan təkcə bir faktı qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılan və barəsində həbs qətimkan tədbiri seçilən "Yeni Klinika”nın  direktoru Pərviz Abbassovla K.Qafarovun isti münasibətləri olub. Bu münasibətlər isə heç də şəxsi münasibət zəminində yox, işbirliyi formasında olub. Odur ki, məlum həbslər K.Qafarovu ciddi şəkildə narahat edib.

Onun korrupsiyada iştirakçı olduğu şübhəsilə saxlanılan yüksək vəzifəli həkimlərlə əlaqəsinin hansı formada olması təbii ki, istintaqın gedişində aydınlaşacaq. Bizə isə prosesin sonunu gözləmək qalır.

RƏYLƏR