"Kamiloglu Company" 16008 dolları ölkədən niyə çıxarıb? - Məhkəmə qərar verdi

OXUNUB: 182 İQTİSADİYYAT
"Kamiloglu Company" MMC iqtisadi fəaliyyət qaydaları əleyhinə olan qaydaları pozduğuna görə cərimələnib. 

Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib olunub və məhkəməyə göndərilib.

Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrli ilə keçirilən məhkəmə prosesində məlum olub ki, şirkət 16008 ABŞ dolları məbləğində olan vəsaiti 17 iyun 2021-ci il tarixdə xaricə köçürüb və 2 il keçməsinə baxmayaraq, həmin məbləğin qarşılığında alınan mallar (xidməti) ölkəyə idxal edilməyib, həmçinin valyuta geri qaytarılmayıb. 

Məhkəmənin qərarı ilə MMC rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və şirkət inzibati xətanın bilavasitə obyekti olmuş 16008 dolların 20 faizi miqdarında, yəni 3201,6 dollar (qərar çıxarılan günün manata olan məzənnə ilə) cərimə edilib.

RƏYLƏR