Kanadalı milyarder və həyat yoldaşı evində ölü tapılıb

OXUNUB: 562 DÜNYA

"Apotex" şirkətinin təsisçisi, kanadalı milyarder Barri Şerman və onun həyat yoldaşı Hani Torontodakı evində ölmüş vəziyyətdə tapılıb.

Bu barədə korporasiyanın bəyanatına istinadən "CBC News" telekanalı məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, polis ölüm şəraitini şübhəli hesab edir. Həmçinin materialda qeyd olunur ki, onların meyitini mənzildə aşkar edən şəxs Şerman ailəsinin üzvü olmayıb. Hadisənin səbəbləri araşdırılır.

"Apotex" şirkəti 1974-cü ildə təsis edilib. O, dünyanın 115 ölkəsinə ixrac olunan dərman preparatlarının hazırlanması ilə məşğul olur./report

 

İcmal.Az

RƏYLƏR