Keçmiş icra başçısının qohumu qəza törətdi - 3 nəfər öldü

OXUNUB: 869 HADİSƏ

Şabranda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

7News.Az Report-a istinadən bildirir ki, hadisə rayonun Qaraqaşlı kəndində qeydə alınıb. Yol qəzası nəticəsində 3 nəfər ölüb (Zəkiyev Vüsal Rövşən oğlu, Babayev Elnur Azad oğlu və Cəlal Azad oğlu Babayev), 3 nəfər isə (İsmayıl Zəkiyev, Şahverdiyev Bəxtiyar Xanoğlan oğlu və Əzməmmədov Ramin Oqtay oğlu) xəsarət alıb.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəza törədən avtomobilin sürücüsü Bəxtiyar Xanoğlan oğlu Şahverdiyev Şabran Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Sündüz Babayevanın bacısı oğludur. Bu törətdiyi hadisə Bəxtiyar Şahverdiyevin sayca dördüncü ağır yol-nəqliyyat hadisəsidir.

Məlumata görə, qəzaya uğrayan şəxslər sərxoş vəziyyətdə olublar.

 

RƏYLƏR