Keçmiş nazirin həyat yoldaşı ABŞ-dakı villasını fantastik məbləğə satdı – Malikanənin FOTOLARI

OXUNUB: 570 HADİSƏ
Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva ABŞ-da Vaşinqton şəhəri  4609 CHARLESTON TER ünvanındakı villasını satıb.


Villaya 1 milyon 860 min dollar ödənilib.

Məlumata görə, villa 2008-ci ildə "Aliya Babaeva L.L.C.” şirkəti tərəfindən alınmışdı. Adıçəkilən şirkət Kolumbiya ştatında qeydiyyatdan keçirilib.


Villanın yeni sahibi isə vəkil David Deklbaumdur.

Heydər Babayev 1999-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri, 2005-2008-ci illərdə İqtisadi İnkişaf Nazirliyi vəzifəsində çalışıb. İndi bizneslə məşğuldur./Gundem.az



RƏYLƏR