Kəlbəcər İcra Hakimiyyətinin Biabırçı Başlığı: Qələbə Gününə “Hüzn və Kədər” Donu Geyindirildi

OXUNUB: 0 Özəl SOSİAL
Sosial mediada yayılan bir yazı ictimaiyyətdə haqlı olaraq qəzəb doğurub. Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı. Azərbaycan xalqı, Türk dünyası və dünyanın tərəqqipərvər insanları bu qələbəni böyük sevinc və coşqu ilə qeyd etdilər.

Lakin paradoks ondadır ki, bu tarixi Zəfəri "dərin hüzn və kədər hissi ilə” qeyd edənlər də tapılıb. 27 sentyabr 2021-ci ildə Kəlbəcər Rayon İcra Hakimiyyətinin rəsmi saytında yayılan xəbər bunu sübut edir. Həmin saytda "27 Sentyabr – Anım Günü ölkəmizin hər yerində olduğu kimi Kəlbəcər rayonunda da dərin hüzn və kədər hissi ilə qeyd olunmuşdur” başlığı ilə material yerləşdirilib.

Dünya azərbaycanlılarının, bütövlükdə xalqımızın tarixi qələbəni sevinc və qürurla qeyd etdiyi bir vaxtda rəsmi dövlət qurumunun belə ifadə işlətməsi anlaşılan deyil. Daha da absurddur ki, "ölkəmizin hər yerində olduğu kimi” ifadəsi ilə bu yanlış yanaşma guya ümumiləşdirilməyə çalışılıb.

Kəlbəcər İcra Hakimiyyətinə xatırlatmaq vacibdir: ölkənin kəndlərində, qəsəbələrində, rayonlarında və şəhərlərində bu gün ruh yüksəkliyi və qələbə sevinci ilə qeyd edilir. Dövlət orqanlarının isə belə günlərdə xüsusilə diqqətli olması, yazılarının başlıq və məzmununu dövlət maraqlarına uyğun seçməsi zəruridir.

Belə məsuliyyətsiz yanaşma yalnız ictimai narazılıq doğurur və dövlət qurumlarının ciddiliyinə kölgə salır.

RƏYLƏR