Gənclər Fondunun dəstəyi ilə "Fərdi layihələr 2022” Qrantının qalibi olan "Kənd məktəblisinə dəstək” layihəsi başlayır.
Layihənin təlimləri 13, 14 və 15 yanvar tarixlərində keçriləcək.
Layihə müddətində Ağdam rayon 1, 3 və 12 saylı məktəblərinin 10 və 11- cinif şagirdlərinə "Kompüter savadlığının artırılması” mövzusunda 3 günlük ödənişsiz təlimlər təşkil olunacaq. Təlimdə şagirdlərə İnformatika fənni və Proqramlaşdırma dillərinin sirrləri və maraqlı öyrənmə metodları paylaşılacaq.
Layihənin təlimçisi Neftqazelmitədqiqatlayihə İnsitutunun mühəndisi və eyni zamanda DİA, BMU, UNEC univeristetlərinin müəllimi Nail Məmmədovdur.