Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Oğuzda vətəndaşları qəbul edib

OXUNUB: 224 Özəl İQTİSADİYYAT
2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov yanvarın 23-də Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Oğuz, Göygöl və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.  
Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin və işə bərpa olunma, kənd təsərrüfatı texnikasının icarəyə götürülməsi, məhsulun satışına köməklik göstərilməsi, dəymiş zərərə görə sığorta ödənişi, güzəştli şərtlərlə kreditin verilməsi, torpaq üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsində yaranan çətinliklər və digər məsələlərlə bağlı olub. Nazir müavini Elçin Zeynalov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.  
Nazir müavini vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Vətəndaş qəbulu başa çatdıqdan sonra Elçin Zeynalov Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, iş prosesinin təşkili, payızlıq əkinlərin bəyanı, payızlıq əkinlərin sığortalanması prosesi ilə maraqlanıb.
 
 




RƏYLƏR