Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun Davamlı İnkişaf üzrə regional direktoru Sameh Naquib Vahbanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazir Məcnun Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən kənd təsərrüfatının inkişafı prioritet sahə kimi müəyyən edilib. Məhz bu siyasət nəticəsində ölkəmizdə aqrar sahə öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Nazir Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Qeyd olunub ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağ bölgəsini yaşıl enerji zonası elan edib. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması, bu ərazilərdə gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı tədbirlər uğurla həyata keçirilir. Bildirilib ki, bu ərazilərdə kənd yerlərinin inkişafı üçün qabaqcıl təcrübənin tətbiqi imkanları araşdırılır. Vurğulanıb ki, aqrar sahədə qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir. Görüşdə Dünya Bankı ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş layihələrin əhəmiyyəti vurğulanıb, gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Görüşdə aqrar sahədə məhsuldarlığın daha da artırılması, torpaq və su reurslarından səmərəli istifadə, kənd təsərrüfatının rəqəmsallaşdırılması, işğaldan azad edilən ərazilərdə kənd yerlərinin inkişafı ilə bağlı məsələlər müzakirə olunub. Sonda qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Ana səhifə
/
Özəl / İQTİSADİYYAT / Kənd Təsərrüfatı Nazirliyində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Kənd Təsərrüfatı Nazirliyində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı…
24.12.2025, 16:42 / Özəl, İQTİSADİYYAT -
ABŞ səhmlərinə komissiyasız investisiya üçün SON 3 GÜN
23.12.2025, 11:51 / Özəl, İQTİSADİYYAT, BANK -
Bakıda premium mənzil axtaranlar üçün əla imkan: “City Garden Narimanov”da faizsiz kreditlə mənzillər satışda – “Kristal!”
19.12.2025, 21:04 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT -
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
18.12.2025, 15:30 / Özəl, İQTİSADİYYAT, BANK -
Aylıq cəmi 1%-dən qızıl təminatlı kredit!
17.12.2025, 12:29 / Özəl, İQTİSADİYYAT, BANK -
Qış aylarında görülən vacib işlər və abonentlərə müraciət – Foto + Video
16.12.2025, 09:18 / Özəl, İQTİSADİYYAT -
"Kristal" və İtaliyanın "Zambaiti Parati" brendi əməkdaşlığı yeni mərhələyə daşıyan memorandum imzalayıb!
15.12.2025, 16:20 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
Səhiyyə “Məlhəm” Hospitalda yoxlama: Qanunsuz mayalanma aparılıb, direktor cəzalandırıldı
-
GÜNDƏM, Özəl, SİYASƏT Deputatdan Əli Kərimliyə: “İfadə vermək əvəzinə, yazımı yazırsan?!”
-
GÜNDƏM, Özəl, İQTİSADİYYAT Sudan səmərəli istifadənin təkmil üsullarımın tətbiqi mövsusunda geniş tərkibli iclas keçirildi - Fotolar

























