2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Nazirliyin aparat rəhbəri Azad Cəfərli martın 28-də, saat 10:00-da Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək. Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin "Çağrı Mərkəzi” (1652) və Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-610-16-52; 051-698-38-99) zəng etməklə qeydiyyatdan keçə bilərlər. Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Ana səhifə
/
/ Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Biləsuvarda vətəndaşları qəbul edəcək
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
-
Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatı
16.01.2026, 15:34 / , -
İnklüziv gələcək naminə birləşək!
16.01.2026, 13:57 / , -
-
İranda baş verən proseslərin regiona təsiri: Azərbaycan kontekstində baxış
15.01.2026, 14:57 / , -
Pakistanda ilk “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb
15.01.2026, 10:56 / , -
Yenilənmiş “Prestij” lotereyasında yarım milyon uduş sahibini gözləyir
14.01.2026, 17:08 / ,





















