Kənd Təsərrüfatı Nazirliyinin komandası “Heydər Əliyev İli” çərçivəsində keçirilən intellektual yarışda qalib olub

OXUNUB: 348 Özəl İQTİSADİYYAT
Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar dövlət orqanlarının iştirakı ilə "Fibonaççi" intellektual oyunu keçirilib. İntellektual yarış  Dövlət İmtahan Mərkəzi və İqtisadiyyat Nazirliyinin "İqtisadi Elmi Tədqiqat İnstitutu" publik hüquqi şəxsin tabeliyində "Təlim Tədris Mərkəzi”nin təşkilatçılığı ilə baş tutub. 
"Fibonaççi" intellektual yarışı üzrə suallar əsasən Ulu Öndərin həyat fəaliyyəti, habelə iştirakçıların məntiqi təfəkkürünün və ümumdünyagörüşünün qiymətləndirilməsi ilə bağlı olub. 
Yarışda iştirak edən komandalar arasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin komandası ən çox xal yığaraq birinci yerə layiq görülüb.
 
 
 

RƏYLƏR