KFC-nin "Garage" avtodayanacağı həyatınıza son qoya bilər - SÜRÜŞKƏNDİR

OXUNUB: 83 Özəl İQTİSADİYYAT
7NEWS.az xəbər verir ki, bu barədə jurnalist Faiq Mahmudov şərh paylaşıb: ""MUM"un yanında, KFC-nin üstündə yerləşən "Garage" avtodayanacağın döşəməsi yağlı olduğundan mənim maşınımla və qarşıdan gələn avtomobil sürüşərək toqquşdu. Hər iki maşına ciddi ziyan dəyib. 

Bizdən əvvəl də maşpnlar sürüşüb, bizdən sonra da 2 maşın toqquşdu. 

Döşəmədə insan ayağı sürüşəcək qədər təhlükəli idi (P.S. hadisə yerinə gələn DYP maşını da sürüşdü). 

Döşəmənin sürüşkən olduğuna dair 'sürüşkəndir' nişanı da qoyulməmişdi və əraziyə DYP inspektoru gələnə yaxın tələm-tələsik siliəməyə çalışdılar,lakin təmizlədikdən sonra belə DYP maşını sürüşdü. 

Park rəhbərliyi məsuliyyətdən boyun qaçırtdı. Hətta mühafizəçilər belə məni və qarşı sürücünü təqsirkar çıxarmağa çalışırdı. Fors-majora görə artıq qaldığımıza görə bizdən əlavə ödəniş də tələb olundu. 'Biz çoxdan çıxmalı idik, sürüşkənliyə görə qalmışıq burda" deyəndə isə park nümayəndəsi "bəlkə özünüzü 5ci mərtəbədən atacaqsınız, buna görə pulu ödəməməlisən" deyərək etinasızlıq və sayqısızlıq etdilər. 

Məsələni DYP və sığorta şirkəti ilə rəmiləşdirdik, nəticə sabah bilinəcək. 

Park rəhbərliyi məsələdən tamamilə boyun qaçırır, "ayağınızın altına baxın daa" deyərək başlarından etdilər. Parkingin məsuliyyətə cəlb olunmasına dair addımlar atacam."

RƏYLƏR