ABŞ reproduktiv tibb cəmiyyətinin istefada olan prezidenti Riçard Polson kişilərin müstəqil şəkildə uşaq dünyaya gətirə biləcəkləri vaxtı açıqlayıb.
"The Independent” məlumat yayıb.
"Bəzi çətinliklər var, amma mən burada bu proseduru qeyri-mümkün edən ciddi problemlər görmürəm”, - deyə alim San-Antonio şəhərində cəmiyyətin illik konfransında bildirib.
"Kişinin doğması üçün ona uşaqlığın yerini dəyişdirmək və hormonal terapiya kursu keçmək kifayətdir”, - Polson qeyd edir.
Hazırda uşaqlığın dəyişdirilməsi üzrə 9 müvəffəqiyyətli təcrübə haqqında məlumdur və əməliyyatların əksəriyyətini İsveç həkimləri edib. Bu prosedura tələbatın artması transqenderlərin sayının artması ilə əlaqədardır./publika
İcmal.Az

























