"Kişilərin qadınları tovlamağa haqqı var" - Aktrisa kişilərin tərəfini tutdu - FOTO

OXUNUB: 606 MARAQLI

Fransanın məşhur aktrisası Katerin Denevu (Catherine Deneuve) son zamanlar yayılan təcavüz qalmaqallarında kişilərin tərəfini tutub.

Fransız aktrisa kişilərə haqq qazandırıb. O, Fransanın "Le Monde" qəzetində yazdığı məktubda qadınların təcavüz məsələsini bu qədər böyütməməyə çağırıb.

"Kişilər kiminsə dizinə toxunduğuna, kimisə öpdüyünə görə işdən çıxarılırlar, cəzalandırırlar. Bu düzgün deyil. Təcavüz cinayətdir. Amma kimisə ehtiraslandırmaq, yoldan çıxarmağa çalışmaq normaldır. Kişilərin qadınlara seksual tərzdə yaxınlaşmağa, onları yoldan çıxarmağa, tovlamağa haqqı var. Onlar bunu etməkdə sərbəstdirlər".

 

Qeyd edək ki, Katerin 100-dən çox filmə çəkilib. O, "Oskar" mükafata layiq görülüb./milli

İcmal.Az

RƏYLƏR