Qətər ətrafında diplomatik qalmaqal diqqətləri bu ölkəyə çəkib.
2022-ci ildə futbol üzrə Dünya Çempionatına ev sahibliyi edəcək Qətər haqda çox maraqlı məlumatlar var.
BakuPost.az xəbər verir ki, ölkənin 2.5 milyon əhalisi var, onlardan yalnız 700,000-ə yaxını qadındır.
Bu fərq Qətərin bir dövlət kimi qurulmasında immiqrantların böyük rol oynaması ilə bağlıdır. Ölkəyə gələn immiqrantlar arasında gənclər və kişilər üstünlük təşkil edir.
Yaxşı iş və firavan gələcək vədlərinə baxmayaraq, son zamanlar yayılmış bir sıra hesabatlara əsasən, miqrantlar dəhşətli şəraitdə işləməyə məcbur edilir, onların yarıdan çoxu hələ də ölkə boyu yaradılmış əmək düşərgələrində yaşayır.
Qətər, fəhlələrin yaşayış şəraitini yaxşılaşdıracağına söz verib, lakin Amnesty International təşkilatının 2016-2017-ci illərə aid hesabatına əsasən, "işçilər istismar və alçaldıcı hallarla üzləşməkdə davam edirlər".

Qətər son onillikdə Londonun iri obyektlərinin alqısı ilə məşğul olub. Qətərlilərin Londonda aldıqları mülk arasında Shard göydələni, cah-cəlallı Harrods mağazası, Chelsea kazarmaları adlanan yaşayış binaları, Olimpiya Oyunları kəndi və Canary Wharf biznes rayonundakı mülklərdə payı var.
Ölkənin Maliyyə naziri Əli Şərif əl-Emadi, mart ayında BBC-ə bildirmişdi ki, ölkəsinin Britaniyaya yatırdığı investisiyaların həcmi 45 -51 milyard dollar arasındadır.

Qətər Əmirinin bacısı və Qətər Muzeylər İdarəsinin rəhbəri Şeyxə əl-Məyəssə bin Həməd bin Xəlifə əl-Thani incəsənət aləminin ən nüfuzlu xadimlərinin Art Review's Power 100 siyahısına başçılıq etmişdi.
Həmin illərdə yayılan bəzi şayiələrə görə, əmirin bacısı incəsənət nümunələrinə ildə 1 milyard dollaradək pul xərcləyib. Onun aldığı rəsmlər arasında Andy Warhol, Mark Rothko, Paul Gauguin və Paul Cézanne kimi yaradıcıların əsərlərinin olduğu deyilir.
Ölkə əhalisinin hər adam başına düşən ÜDM payına görə, Qətər dünyada birincidir.
2016-cı ildə həmin göstərici Qətərdə 129,700 dollar olub. Bu, ikinci yerdə gedən Lüksemburqun göstəricisindən 20,000 dollar artıq olub.
BakuPost

































