Xalq artisti Könül Xasıyeva "Həyat” Fondunun səfiri təyin olunub.
Bu haqda xanəndənin Heydər Əliyev Sarayında baş tutan konsertində aparıcı Hacı Nuran Hüseynov deyib. 
			
			O, gecədə K.Xasıyevaya hədiyyəsini verərək, bunları söyləyib:
"Bir neçə gündən sonra Könül xanımın yubileyidir. Bizim "Həyat” fondunun ona hədiyyəsi var. Bizim Könül Xasıyeva ilə yolumuz eynidir. Onu "Həyat” fondunun səfiri elan edirəm”./axşam
				
				
 
			  
					
					
					
			 
			
			 
			 
				

























 
				 
				