İcmal.Az report-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, müvafiq dövlət qurumları vaxtilə terror təşkilatlarının sıralarına qoşulan və hazırda İraqda olan Azərbaycan vətəndaşlarının, xüsusilə qadın və uşaqların oradan gətirilməsi istiqamətində iş aparır: "Azərbaycan vətəndaşları tədricən oradan gətiriləcək və onların təhlükəsizliyinin təminatı üçün dövlət qurumları lazım olan tədbirləri həyata keçirəcək".
İcmal.Az